Xalq artisti infarkt keçirdi, açıq ürək əməliyyatı oldu - FOTO
Xalq artisti Qurban İsmayılov DTX Hospitalında açıq ürək əməliyyatı olunub.
Sfera.az xəbər verir ki, əməliyyatı ürək-damar cərrahı Rafiq İbrahimov həyata keçirib.
Həkim bildirib ki, aktyor xəstəxanaya infarkt diaqnozu ilə daxil olsa da, hazırda vəziyyəti yaxşıdır: “Dörd saat davam edən əməliyyatdan sonra xəstəmiz artıq sərbəst gəzə bilir və həyat göstəriciləri normaldır. Qurban müəllimi sabah evə göndərəcəyik. Müalicəsinə evdə davam edəcək”.
Qeyd edək ki, Q. İsmayılov sonuncu dəfə “Ata ocağı” serialında rol alıb.