azia.az
azia.az

“Cangüdənlə gəzən ilk ifaçı olmuşam”

22-08-2022, 08:46

“Cangüdənlə gəzən ilk ifaçı olmuşam”
“Özəl” verilişinə qonaq olan müğənni Xatun Əliyeva səmimi açıqlamalar verib.
Sənətə ilk gəldiyini illəri xatırlayan ifaçı oxuduğu mahnının ona çətinlik törətdiyini bildirib.
“"Ay batdı, il batdı, oyan artıq Röya bitdi, mən gəldim sənin ömrünə" mahnısı ilə gəldim... Düşünürəm ki, bunu demək mənim üçün çox iddialı oldu. Meydan oxumaq mənim üçün tez idi. Şou-biznesin içinə girdikcə, gördüm ki, oradakı qaydalarla oynaya bilməyəcəm. İç dünyamla uzlaşmadığını gördüm. Fikirləşdim ki, elə yol seçməliyəm mane olan adamlar olmasın. Həmin mahnıdan sonra konsertlərdə siyahıdan adım silinirdi. Özümə düşmən qazandım. O vaxt cangüdənlə gəzən ilk ifaçı oldum. Pul xərcləyirdim və nəticəni tez görmək istəyirdim. Amma bunu illər göstərməlidir”, - deyə, Xatun vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi