Məhəbbət Kazımovun qalmaqallı mahnıları ilə bağlı son qərar verildi
Mərhum müğənni Məhəbbət Kazımovun bütün mahnılarına müəllif hüquqları verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Xalq artisti Yasin Qarayev məlumat verib. O bildirib ki, bundan sonra mərhumun mahnılarını heç kəs öz adına çıxa bilməyəcək:
"Son vaxtlar bəzi televiziya verilişlərində və sosial şəbəkələrdə mərhum müğənni Məhəbbət Kazımovun bəstələdiyi mahnıları öz adlarına çıxmağa cəhd edənlər peyda olub. Odur ki, çoxsaylı insanların xahişini nəzərə alıb demək istəyirik ki, Məhəbbət sevər tamaşaçılar, narahat olmağa dəyməz. Məlumunuz olsun ki, Məhəbbət Kazımovun bəstələdiyi bütün mahnıların Müəllif Hüquqları Agentliyi idarə heyətinin sədri Kamran Sultan oğlu İmanovun imzası ilə sertfikat alıb”.
Qeyd edək ki, müğənni Məhəbbət Kazımovun "Laçınım” mahnısı ilə bağlı qalmaqal davam edir. Müğənni Könül Kərimova hər dəfə açıqlamasında bu mahnını özünün bəstələdiyini deyib.