azia.az
azia.az

Aynişan Quliyeva: "Bu, mənim səhvimdir"

9-08-2022, 13:19

Aynişan Quliyeva: "Bu, mənim səhvimdir"
Bloger Aynişan Quliyeva sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Azia.az xəbər verir ki, o, "Instagram" hesabında taksi sifarişindən danışıb. . Aynişan deyib ki, bir neçə gündür taksidən istifadə edir və ödənişi həm kartla, həm də nağd şəkildə verir:
“Bu gün bir şey bilmişəm, neçə gündü nağd ödəniş edirəm, səhər çağırdığım taksi dedi ki, xanım ödəniş kartladı. Niyə nağd verirsiz? Dedim, mən nağd ödəyirəm. Taksidən düşən kimi karta baxdım. Sən demə, neçə gündür həm kartla, həm də nağd ödəniş edirmişəm. Sürücülər də səs çıxarmırmış. Bəzən çox diqqətsiz oluram. Bu, mənim səhvimdi. Bir də taksi sürücüləri hər ödənişdən sonra “Allah razı olsun” deyirdi. Öz-özümə düşünürdüm ki, 2-3 manat artıq ödəniş etdiyim üçün, bu qədər dua edirlər. Onlar da yəqin fikirləşib ki, bu qız dəlidir. Ya kartla ödə, ya da birdəfəlik nağd et, bir qərara gəl”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi