azia.az
azia.az

Xəyanət edən məşhurlar: Siyahıda kimlər var?

3-07-2022, 08:32

Xəyanət edən məşhurlar: Siyahıda kimlər var?
Qalmaqal şou-biznes aləminin alın yazısıdır: br-biri ilə dalaşanlar, söz atanlar, polisə düşənlər və s. Son vaxtlar isə ən böyük müzakirələr onların xəyanətləri ilə bağlıdır. Bir çox şou-biznes nümayəndəsi xəyanətə görə boşanıb, bəzisi isə vaxtilə xəyanət etdiyini indi etiraf edir.

Demokrat.az xəyanət edən məşhurları təqdim edir:
Müğənni Əli Mirəliyev vaxtilə arvadına dəfələrlə xəyanət etdiyini boynuna alıb. Buna baxmayaraq o, ailəsini dağıtmadığını bildirib:

“Kişi 1 saat qıraqda nə edibsə, edib, bunu böyütməyin nə mənası var, bu kimə lazımdır?! Mən özüm 100 dəfə, bəlkə də daha çox etmişəm, nə olsun? Arvadım da yerindədir, uşaqlarım da, nəvələrim də. O vaxt belə şeylərə görə boşansaydıq nə olacaqdı? Ailə yumruq kimi olmalıdır”.

Xatırladaq ki, Ə. Mirəliyevin həyat yoldaşı mərhum Xalq artisti İlhamə Quliyevanın dayısı qızıdır.

Müğənni Elton Hüseynəliyev də xanımına xəyanət etdiyini etiraf edənlər sırasındadır. Müğənni efirdə bildirib ki, səhv addımına baxmayaraq, xanımı onu bağışlayıb:

“Mən yaxşı ata və həyat yoldaşıyam. Böyük bir səhv etdim, 1 il ailəmdən uzaqlaşdım. “Kaş ki” dediyim məqamdır. Kaş ki etməzdim. Düzəltmək üçün gərək onları sevindirəsən. Ailəmlə indi xoşbəxtəm. İndi hər şeyi tam dərk edirəm. Mənim səhvlərimi başa düşməyimə həyat yoldaşım kömək etdi”.

Elton və prodüsser xanımı Tamilla Hüseynəliyeva ilə 2006-cı ildə ailə qurub. Cütlüyün bu nikahdan iki qız övladı var.

Müğənni Nadir Qafarzadə xəyanət mövzusunda açıqlamaları ilə tez-tez diqqət çəkir. Bir müddət əvvəl verdiyi açıqlaması zamanı ifaçı cavanlıqda xəyanət etdiyini, hətta bunu həyat yoldaşının da bildiyini etiraf edib:

“Bəlkə də, cavanlıqda xəyanət etmişəm. Bunu həyat yoldaşım bilib. Bu evliliyə qədər olub. Evliliyə qədər olanlar xəyanət sayılmır. Demirəm ki, bundan sonra etməyəcəm. İnsanıq da... Bizi şeytan aldadır, yoldan çıxarır”.

Qeyd edək ki, müğənni Sevinc adlı xanımla ailəlidir. Onların iki oğlu var.

Rəvan Qarayev də illər əvvəl arvadına xəyanət etdiyini etiraf edib. O, aparıcı-prodüser Tarix Əliyevin (Tolik) "Həyat yoldaşına xəyanət etmisən?" sözlərinə "Etmişəm..." – deyə cavab verib.

Rəvan iki dəfə ailəli olub. Onun iki qız övladı var.

Yerli məşhurlarımız arasında xəyanət üstündə boşanıb yenidən barışanlar da var. Onlardan biri Musa Musayevlə Təranə Qumral cütlüyüdür. M. Musayev həyat yoldaşını yataqda başqa kişi ilə tutduğunu deyərək ondan boşanmışdı:

“Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa bir kişi ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim. Amma dünən onları öz evimizdə, yataq otağında tutdum.

Təranəni ov tüfəngi ilə vurmaq istədim, alınmadı, qaçıb qonşuda gizləndi”.
Cütlük daha sonra yenidən barışaraq həyatlarına davam ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi