azia.az
azia.az

"Qurd"un hamilə arvadı üçün FHN əməkdaşları çağırıldı - VİDEO

28-06-2022, 19:23

"Qurd"un hamilə arvadı üçün FHN əməkdaşları çağırıldı - VİDEO
"Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminovun həyat yoldaşı Leylanın başına iş gəlib.

Hazırda hamilə olan Leylanın barmağı şişib və nişan üzüyü barmağında qalıb. Bunun üçün əvvəl təcili tibbi yardım, daha sonra isə FHN əməkdaşları çağırılıb.

Bu haqda Leyla özü məlumat verib:

"Qısa olaraq onu deyim ki, şişkinliyimə görə nişan üzüyüm barmağımdan çıxmırdı. Təcili tibbi yardım və digər yollarla bunu edə bilmədiyimizdən FHN əməkdaşları gəldilər. Barmağım artıq daşlaşmışdı, sağ olsunlar. Barmağıma heç nə olmadan ehtiyatla üzüyümü kəsdilər. Barmağım isə hələ də şiş vəziyyətdədir. Əllərim mənim üçün həyati məsələdir. Bir barmağımın damarının belə zədələnməsi düşünə bilməyəcəyim qədər qorxuncdur".

Qeyd edək ki, Fəridlə Leyla ötən ilin noyabrında ailə qurublar. Leyla azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.



Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi