azia.az
azia.az

Erotik səhnəyə çəkildiyi üçün qınanan aktrisa: “Nəyə görə özümü təmizə çıxarmalıyam?” - VİDEO

2-06-2022, 07:39

  Erotik səhnəyə çəkildiyi üçün qınanan aktrisa: “Nəyə görə özümü təmizə çıxarmalıyam?” - VİDEO
Nəyə görə özümü kimlərdənsə qorumalı, təmizə çıxartmalıyam? Məgər onlar görmür ki, mən aktrisayam? Məni sevmisiniz, alqışlamısınızsa, mən də sizin aranızda olan insanları zaman-zaman sizə təqdim edirəm. Amma siz mənim şəxsi həyatıma heç vaxt qarışa bilmərsiniz. Mən buna icazə vermərəm”. Bu sözləri Əməkdar artist Vəfa Zeynalova MTV-də yayımlanan “Üzə-düz” verilişində qonaq olarkən deyib. Rejissor Yavər Rzayevin ərsəyə gətirdiyi “İlahi məxluq” filmindəki qalmaqala səbəb olan səhnədən danışan Zeynalova həmin illər sənətindən küsdüyünü qeyd edib: “Müəyyən insanlar var ki, hər şeyi qınayır, xoş olmayan ifadələr, tənqidlər deyə bilərlər. O onların öz dünyagörüşü, mədəniyyətidir. Sizin içinizdə olan müxtəlif obrazlar var ki, mən onu sizə yenidən göstərirəm. Bəyənmirsinizsə, bu sizsiniz də. Bu mən deyiləm”. Aktrisa əkiz qızlarına qoyduğu qadağalardan da söz açıb: “Qızlarıma çox böyük qadağalar qoymuşdum. Ətrafımda məni o qədər qınayanlar oldu ki. Deyirdilər, olmaz, artıq böyük qızlardır. Deyirdim ki, yox belə yaxşıdır. İndi fikirləşirəm ki, müəyyən işlərdə bəlkə də, mən onları çox sıxmışam. Gərək bir az daha çox azadlıq verərdim.İndi xatırlayıram ki, onlar məndən necə qorxurdular. Yaşlananda valideynə nadir halda oğlan, çox vaxt qız baxır. Təbii ki, istəmişəm oğlum da olsun amma taleyin qisməti”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi