Ölüm ayağında olan aktyor onun üçünyığılan puldan imtina etdi - VİDEO
Həyatı təhlükədə olan, qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev onun müalicəsi üçün yığılan puldan imtina etmək istəyib.
Azia.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya aktyorun həyat yoldaşı Elvina Atakişiyeva məlumat verib. Onun bildirdiyinə görə, bu anlar aparıcı Xoşqədəm Baxşəliyevanın verilişində yaşanıb:
"Verilişə bir uşaq çıxmışdı - Ceyhun adında, xəstədir. Qan xəstəliyi var, onun sağalması üçün 55 min dollar pul lazımdır. Uşağa baxanda adamın içi yanır. Gözləmədiyimiz anda veriliş efirdə getdiyi bir vaxtda Elvin onun üçün yığılan pulu Ceyhuna vermək istədiyini bildirdi. Hamı şokdaydı. Biz hamımız həmin uşağın sağalmasını istəyirik. Uşağın babası dedi ki, öldür, razılaşmaram, Xoşqədəm xanım da həmin pulu götürmədi. Bildirdi ki, "Elvin, bu sənin üçün
yığılıb, Ceyhun üçün də yığılacaq. Reklam arası olanda baba razılaşmadı”. Elvina Atakişiyeva qeyd edib ki, Elvin Ağayevin səhhəti ağırdır: "Huşu gedir-gəlir, qızdırır, təcili əməliyyat olmalıdır”. Elvina xanım gələn həftə Türkiyəyə gedəcəklərini açıqlayıb.
Qeyd edək ki, aktyor Elvin Ağayev qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkir.