“Artıq ailəliyik, nikahımız da olub”
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun bir müddət əvvəl nişanlandığı Eşqinlə ailə qurduqlarını açıqlayıb.
Azia.az xəbər verir ki, ifaçı bu haqda “Zaurla Günaydın” proqramında danışıb. O bildirib ki, oğlan toyları da olub:
“Düşünürdük oktyabrda böyük toy edək. Amma mən 500-600 insanın olduğu toy istəmirəm. Hər zaman hovuz kənarında, gənclərin olduğu toy arzulamışam. Anam nişanı toy kimi etdi. Biz ailəli sayılırıq, nikahımız da olub. Rusiyada Eşqin kişi toyu da edib”.Axşam.az