Azərbaycanın Əməkdar rəssamı həbs edilib - TƏFƏRRÜAT
Azərbaycanın Əməkdar rəssamı həbs edilib. Bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat verilib.
O bildirib ki, Ələkbərov Rəşad Böyükağa oğlu prokurroluq əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın Əməkdaş rəssamıdır.
Mənbə:My Webpage