azia.az
azia.az

İki dəfə ailəsi dağıldı, gizli toy elədi, intim videosu yayıldı - Onun müəmmalı ölümünə səbəb nə oldu?

29-03-2022, 07:33


Kulis.az reper Anar Nağılbaz haqda maraqlı faktları təqdim edib.
İki dəfə ailəsi dağıldı, gizli toy elədi, intim videosu yayıldı - Onun müəmmalı ölümünə səbəb nə oldu?
1. Anar Nağılbaz 1974-ci il, martın 28-də Bakıda keçmiş millət vəkili Rizvan Cəbiyevin ailəsində dünyaya gəlib.

2. Atası onun jurnalist olmasını istəyirdi. Lakin Anar öz istəyi ilə Mədəniyyət və İncəsənət Univeristetinin televiziya rejissorluğu fakültəsinə qəbul olub.

3. 1990-cı ildə rep kariyerasına başlayıb. İlk dəfə Kırımda Artek düşərgəsində rep deyib və Azərbaycanın ilk reperi kimi tarixə düşüb.
4. Anar bir müddət ədəbi yaradıcılıqla da məşğul olub. Nağıllar yazır və bu səbəblə də özünə Nağılbaz təxəllüsü götürür. O, bu təxəllüsünün səbəbini bu cür izah edirdi: "Hər kəsə aşılamaq istəyirdim ki, hər bir kəs öz həyatının nağılının bazı olmalıdır. Həm də bir nağılçı kimi məişətdə, cəmiyyətdəki nağıllarımızı rep diliylə, şeir diliylə yaradırdım".

5. Anar Nağılbaz həm də teatr səhnələrində öz istedadını göstərib. Onun "Meşə nağılı" tamaşasında Mixail Qorbaçovu donuz, Azərbaycanı isə qurd obrazı kimi canlandırmağı tamaşaçılara həddən artıq maraqlı gəlmişdi.



6. Bundan başqa Anar Nağılbaz kino sahəsinə də daxil olub. Onun diplom işi sayılan "Bakı oğrusu" filmi konsertlərdən yığdığı pulların sayəsində ekranlaşdırılmışdı.


7. Anar Nağılbazın şəxsi həyatı da yaradıcılığı kimi xeyli müzakirə mövzusuna çevrilmişdi. Reper ilk dəfə 2000-ci ildə bir milyarderin qızı ilə nişanlanıb. Amma bu münasibət uzun müddət davam etməyib. Hər iki tərəfin razılığı ilə nişan pozulub. Daha sonra Anjelika adlı bir xanımla sevgili olan Anar Nağılbaz onunla ailə qurmaq istəyir. Lakin qızın ailəsi toy günü bu izdivaca razı olmur. Anjelikanın ailə üzvləri toy məclisində iştirak etmir. Anarla Anjelika bütün çətinliklərə baxmayaraq, toyu keçirirlər. Lakin ailəni saxlamaq mümkün olmur. Anarın içkiyə qurşanması hər şeyi məhv edir. Anjelika iki övladını da götürüb Anarı tərk edir.



8. Reper 2015-ci ildə Azərbaycanı tərk edib Çexiyada mühacir həyatı yaşayıb. 2018-ci ildə təzədən vətənə qayıdan Anar Nağılbaz mediadan gizli şəkildə toy eləyir, Aytən adlı xanımla evlənir. Lakin bu səfər də onun ailə həyatı uğurlu olmur. Rəsmi nikahdan sonra Aytən xanım Anar Nağılbazı tərk edib Bakıdan gedir. Reperin anasının müsahibəsində dediyinə görə, onun gəlini xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

9. Üst-üstə ağır günlər yaşayan və sosial linçə məruz qalan Anar Nağılbazın 2017-ci ildə internetdə porno videosu yayılmışdı. Və bu hadisədən sonra ağır stress keçirən Anar Nağılbaz media nümayəndələri ilə görüşdə göz yaşlarını saxlaya bilməmiş və videodakı şəxsin özünün olmadığı, ona şantaj elədiklərini demişdi.



10. Anar Nağılbaz bu hadisədən cəmi bir il sonra, 2018-ci ildə dünyasını dəyişdi. Hələ də çoxları elə düşünür ki, yayılan video Anar Nağılbazın ölümünə səbəb olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi