Cəmil Həsənlinin model nəvəsi - Cazibədar fotosessiya
Bu yaxınlarda model kimi fəaliyyətə başlayan Aytən Həsənli bir müddət öncə 18-ci doğum gününü qeyd edib və bəzi fotolarını izləyiciləri ilə bölüşüb.
AZXEBER.COM xəbər verir ki, o, şəkilləri "Mən model olmamışam, model kimi doğulmuşam..” başlığı ilə paylaşıb.
Modellik fəaliyyətinə yeni başlayan Aytən valideynlərinin təkidi ilə uşaq yaşlarında gimnastika ilə məşğul olduğunu, həmişə model olmaq arzusu ilə alışıb yandığını, özünü və həyatı dərk edəndən sonra isə bu arzusunu həyata keçirdiyini əlavə edib. Aytən müəyyən qədər əziyyətli olsa da modelliyin elə də çətin olmadığını, xarici görünüşünün onsuz da bütün kriteriyalara cavab verdiyini bildirib.
Xatırladaq ki, Aytən Həsənli Milli Şuranın sədri, professor Cəmil Həsənlinin nəvəsidir.