azia.az
azia.az

Röya Xosenin evliliyindən danışdı:“Eşitdiyim, düzdürsə...”

31-01-2022, 16:12

Röya Xosenin evliliyindən danışdı:“Eşitdiyim, düzdürsə...”
Müğənni Röya Ayxan maraqlı açıqlaması ilə diqqət çəkib. "Sherg.az”ın məlumatına görə, R.Ayxan reper Elşad Xosenin ikinci evliliyinə münasibət bildirib. Belə ki, o Lətifə adlı xanımla ailə həyatı quran reper barədə müəyyən məqamlara toxunub:“Xoseni evlilik münasibətilə təbrik etməmişəm. Lakin dəfələrlə səhnədə qarşılaşmışıq. Zəng edib “Evləndin, təbrik edirəm” demək xüsusiyyəti məndə yoxdur. Ailəsi olmalıdır. Eşitdiyimə görə, xanımının övladı var. Onların nikah mərasimində içəri girəndə balaca uşaq da gəlmişdi. Əgər övladı varsa və ailə həyatı qurubsa, ona qarşı hörmətim çox artdı. Bir qadını qəbul etmək, övladını öz övladı kimi sevmək, Xoseyə yaraşandır. Eşitdiyim, düzdürsə, alqışlayıram”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi