azia.az
azia.az

Afət Fərmanqızı özünə 3-cü dəfə toy edir

28-01-2022, 08:58


Müğənni Afət Fərmanqızının toyudur.
Afət Fərmanqızı özünə 3-cü dəfə toy edir
Məlumata görə, tanınmış ifaçı Bakının populyar restoranlarının birində şad gününü qeyd edəcək.

A.Fərmanqızı məlumatı təsdiq edib, lakin böyük toy yox, kiçik bir məclis keçirəcəyini vurğulayıb:

“Toy deyil, özüm üçün qonaqlıq edirəm. Yaxın ailə üzvlərimiz olacaq. Bir ay öncə ad günüm olmuşdu, burada olmamışdıq. Nikah üçün Rusiyaya getmişdik. Orada nikah bağladıq. Öz yaxın çevrəmiz üçün qonaqlıq edirik. Şou-biznesdən, həmkarlarımdan heç kim olmayacaq. Məclis ailə arasındadır. Mediaya açıq edərdim, lakin gördüm ki, camaat söyür, qarğış edir, ona görə istəmirəm. Bu məsələ ilə bağlı şəkil, video heç yerdə ola bilməz. Qonaqlarımın da əlindən telefon alınacaq, heç kim orada şəkil də çəkdirməyəcək. Həm ad günümdür, həm nikahımızı, həm də yeni klipimin təqdimatını qeyd edirik”.(olay)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi