Cavanşir Məmmədovdan etiraz: "Elton bu müsahibəni verməməliydi!" - VİDEO
Azia.az xəbər verir ki, bu haqda "MTV" kanalına danışan sənətçi, Eltonun "Kişinin estetik etdirməsi nəyə lazımdır?" sözlərinə sərt şəkildə etiraz edib.
Cavanşir Məmmədov burada eyib bir şey olmadığını, əsas insanın pis vərdişlərdən çəkinməli olduğunu bildirib:
"Elton yaşa dolar, bunu özü bilər. Etdirər ya etdirməz. Gərək bəzi çatışmayan cəhətlərini bilib, pis vərdişlərdən uzaqlaşasan. Elton bu müsahibəni verməməliydi. Çatışmayan cəhətləri götür-qoy edərdi. Kişilərin estetik etdirməsində heç bir eyib yoxdur".
Qeyd edək ki, Elton Hüseynəliyev verdiyi müsahibələrdən birində "Xanımlar gözəllikləri üçün estetik edə bilərlər. Kişinin estetik etdirməsi nəyə lazımdır? Estetik, botoks kişi üçün deyil!" sözlərini söyləyib.