azia.az
azia.az

Azərbaycanlı xanəndə dəbdəbəli bağ evini nümayiş etdirdi - FOTO/VİDEO

24-01-2022, 11:32

Azərbaycanlı xanəndə dəbdəbəli bağ evini nümayiş etdirdi - FOTO/VİDEO
Xəzər televiziyasında yayımlanan "Evdəkilərə salam" verilişinin bu dəfəki qonağı muğam ifaçısı Ariz Hüseynov olub.

Azia.az xəbər verir ki, çəkiliş xanəndənin bağ evində baş tutub. Veriliş zamanı Ariz ailəsinin Gürcüstanda qaldığını, özünün isə burada yaşadığını bildirib. 35 yaşlı muğam ifaçısı yaxın günlərdə subaylığın daşını atacağını da deyib.

Xanəndə geniş və dəbdəbəli bağ evi ilə də bütün diqqətləri üzərinə çəkib. Evin həyətində çoxsaylı meyvə ağacları və dekorativ bitkilər var.

Qeyd edək ki, Ariz Hüseynov Azərbaycan Milli Konservatoriyasını bitirib. Xalq artistləri Arif Babayev və Samir Cəfərovdan dərs alıb.

Respublika muğam müsabiqəsinə qatılan Ariz 3-cü yerin sahibi olub, bir çox beynəlxalq müsabiqələrin laureatıdır.

Azərbaycanlı xanəndə dəbdəbəli bağ evini nümayiş etdirdi - FOTO/VİDEO
Azərbaycanlı xanəndə dəbdəbəli bağ evini nümayiş etdirdi - FOTO/VİDEO
Azərbaycanlı xanəndə dəbdəbəli bağ evini nümayiş etdirdi - FOTO/VİDEO
Azərbaycanlı xanəndə dəbdəbəli bağ evini nümayiş etdirdi - FOTO/VİDEO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi