azia.az
azia.az

O mahnıya görə Sezen Aksuya cinayət işi açıldı

18-01-2022, 08:50

Türkiyənin tanınmış müğənnisi Sezen Aksuya “Şahane bir şey yaşamaq” adlı mahnısındakı “Salam söyləyin o cahil Həvva ilə Adəmə” sözlərinə görə cinayət işi açılıb.
O mahnıya görə Sezen Aksuya cinayət işi açıldı
Xəbər verilir ki, Ankarada bir qrup dini dəyərləri təhqir etmək və ya alçaltmaq iddiası ilə Ankara Baş Prokurorluğuna müraciət edib.

Sezen Aksunu Prokurorluğa şikayət edən qrupun adından açıqlama verən vəkil Mikail Yılmaz bildirib ki, Aksunun ifadələri dindarları gözdən salmaq məqsədi daşıyır.

O qeyd edib ki, bu vəziyyət İslam dini mənsublarında haqlı hiddət doğurub:

“Bu səbəbdən dini dəyərləri təhqir etmək cinayətinin elementlərini təşkil edən ifadələri İfadə azadlığı çərçivəsində qiymətləndirmək mümkün deyil”.

Yılmaz Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) təcrübələrində dini nifrət ifadəsinin ifadə azadlığı çərçivəsindən çıxarıldığını deyib.

Qeyd edək ki, Aksu yeni mahnısı ilə gündəmə gəlib. Belə ki, təxminən 2 həftə əvvəl təqdim etdiyi “Bir şey yaşamaq” adlı bəstəsinin sözlərinə görə sənətçiyə qarşı “linç etmə” kampaniyası başladılıb. Belə ki, mahnıdakı “Salam söyləyin o cahil Həvva ilə Adəmə” sözlərinə görə sosial şəbəkələrdə Aksu tənqid hədəfinə çevrilib. Dini dəyərləri təhqir etməsi iddiası ilə müğənni təhdid olunur. Bu təhdid və tənqidlərə dindarlarla, vətəndaşlarla yanaşı, bəzi siyasətçilər də qoşulub.

Həmçinin oxuyun: Adəm və Həvvaya cahil dedi, linç edildi - Video


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi