Aynişanı Avstriyada otağa salıb, küçəyə buraxmırlar - Bu səbəbə görə (VİDEO)
Avropaya istirahətə yollanan Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyevadan xəbər var.
Azia.az xəbər verir ki, sonuncu dəfə Avstriyanın paytaxtı Vyanadan paylaşım edən blogerin otaq yoldaşında virus aşkarlanıb.
Onun COVID-19 testi müsbət çıxıb. Yoluxan xanımla Aynişana otaqda qalmalarını, çölə çıxmamalarını tapşırıblar. Bu haqda bloger sosial şəbəkə hesabında bildirib. O, video paylaşaraq burada hamının onlardan qorxduğunu bildirib:
"Oteldə hamı bizdən qorxur. Bizi otağa salıblar, çıxmağa icazə vermirlər. Gecə çay götürmək üçün aşağı düşdüm. Orada mühafizəçi var idi. Məni görəndə qorxdu".(BAKU.WS)