“Xəzər”dəki qeyri-adi görüntü müzakirə yaratdı
Xəzər TV-də yayımlanan “Mətbəxin Ağası” proqramının növbəti buraxılışı maraqlı anlarla yadda qalıb.
OLAY yazır ki, verilişdə aktyorlar- Gültac Əlili və Hüseyn Əlili qonaq olub.
Onlar yemək hazırlamaq üçün qeyri-adi üsul seçiblər. Cütlük “Bir bədəndə iki can” oyununu canlandırıb. Öndə Gültac dayansa da, əllərindən istifadə etməyib. Onun əvəzinə yeməyi aktrisanın arxasında dayanan həyat yoldaşı hazırlayıb.
Onların qeyri-adi görüntüsü sosial mediada müzakirə edilib.
My Webpage