Zülfiyyə və İlqarın oğlu əsgərlikdən qayıtdı - VİDEO
Aparıcılar İlqar Mikayıloğlu və Zülfiyyə Bayramovanın oğlu Nahid hərbi xidmətini başa vuraraq evinə qayıdıb.
Azia.az xəbər verir ki, Zülfiyyə bununla bağlı sosial şəbəkə hesabında görüntülər paylaşıb. O, oğlu Nahidin görüntülərini yayımlayaraq oğlunun əsgərlikdən qayıtmasına görə böyük sevinc hissi keçirdiyini bildirib:
"Nahidim gəldi! Söz verdiyi kimi qalib əsgər olaraq gəldi! Allah bütün balaları qorusun, analar beləcə sevinsin!"
Xatırladaq ki, İlqar və Zülfiyyənin Nahiddən başqa daha bir oğlu da var.