"Vüqar bu hadisədən sonra pis vərdişlərə başladı"
"Vüqar mütaliəyə çox vaxt ayırırdı. Hətta deyərdim ki, öz yaşından çox bilirdi. Bir çox mövzular var idi ki, onun üçün həssas idi. Onun üçün ən çox ümdə olan da ana mövzusu idi".
Ölkə.Az xəbər verir ki, bunu mərhum meyxanaçı Vqar Biləcərinin dostu Rövşən deyib. O bildirib ki, Vüqar Biləcəri anasına çox bağlı idi:
“Vüqar anası xəstələnən zaman çox məyus olmuşdu, çox düşmüşdü. Bizə ona dəstək olurduq ki, öhdəsindən gələ bilsin, amma o bununla barışa bilmirdi. Anası xəstələnəndən sonra Vüqar daxilən sarsılmışdı. O vaxta qədər heç bir pis vərdişləri olmayan Vüqar o gündən sonra siqaretə başladı”.