azia.az
azia.az

Elnur Məmmədov: "Milyonlar xərclədim, 5 övladım oldu, qalmadı" - FOTO/VİDEO

23-12-2021, 15:18

Elnur Məmmədov: "Milyonlar xərclədim, 5 övladım oldu, qalmadı" - FOTO/VİDEO
Müğənni Elnur Məmmədov şəxsi həyatı ilə gündəmə gəlib.

Azia.az xəbər verir ki, "Günün sədası" proqramına qatılan Elnur 10 ildən sonra ata olarkən yaşadığı böyük sevinc hissindən danışıb. Sənətçi 10 il ərzində dünyanın bir çox peşəkar həkimlərinə müraciət etdiyini, bunun üçün milyonlar xərclədiyini bildirib:


“Böyüklərdən və valideynlərdən üzr istəyirəm. Mən bunları danışan deyildim. Dünyanı gəzdim. İnanın səmimiyyətimə ki, milyonlar tökdüm. Ailəni tamamlayan övladdır. Çox istəyirdim ki, mənim də evimdən övladımın səsi gəlsin. 5 dəfə övladım olub, amma qalmayıb”.

Qeyd edək ki, bu il noyabrın 8-də sənətçinin ilk övladı dünyaya gəlib. Elnur oğluna İnam adını verib.


Elnur Məmmədov: "Milyonlar xərclədim, 5 övladım oldu, qalmadı" - FOTO/VİDEO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi