"FaceApp" gözəlləri
Ötən gün Nadir Qafarzadənin oğlunun toyunda bir araya gələn Xalq artisti Məleykə Əsədova, Əməkdar artist Nüşabə Ələsgərli və müğənni Təranə Qumralın fotosu sosial mediada viral olub.
OLAY yazır ki, şəklin şou-biznes və gözəlliklə bağlı səhifələrdə paylaşılmasına səbəb isə onların özünə proqram vasitəsilə estetik müdaxilələr etməsidir.
Belə ki, hər üç xanım son zamanlar trendə çevirilən və məşhurların fotolarda bir-birinə bənzəməsinə başlıca rəvac verən "FaceApp" proqramından istifadə edib.
Sosial şəbəkə izləyiciləri isə "Yaxşı ki, proqramlar var", "Bunlar fotodan sonra özlərinə baxanda bir-birilərini tanıyırlar?" kimi rəylər yazıb.