"8 ildir anam yataq xəstəsidir, atam ona baxır"
Aparıcı Mikayıl Güləddinoğlu "Elgizlə izlə" verilişində qonaq olub.
Azia.az BiG.AZ-a istinadən xəbər verir ki, veriliş zamanı aparıcı anası haqqında açıqlaması ilə diqqət çəkib. Belə ki, o, bildirib ki. anası 8 ildir yataq xəstəsidir ona atası baxır:
"8 ildən çoxdur ki, mənim anam yataq xəstəsidir. Mənim atam bu illər ərzində ona baxır. Onu aparıb çimizdirir. Məqam olur ki, anamın tutmaları olur. Bu anlarda atam, yoldaşım, bacım onun bezini dəyişdirir. Hamımız köməkli edirik".