"İkimiz bu həyatda xoşbəxt olaq..." - Aysellə Hüseyn üçün ÖZƏL GÜN - VİDEO
Aktrisa Aysel İbrahimova və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun evliliyindən bir il keçir.
Azia.az xəbər verir ki, bu münasibətlə hər ikisi sosial media hesabında paylaşım edib. Aysel Hüseyn ilə səmimi görüntülərini paylaşaraq:
"Sən bu həyatda sevdiyim... ikimiz xoşbəxt olaq bu həyatda. Neçə-neçə gözəl illərə, yaxşı ki, varsan" sözlərini yazıb. Hüseyn isə onun paylaşımın şərh bölümünə "yaxşı ki, varsan. Ayselim" sözlərini yazıb.
Qeyd edək ki, cülüyün ikinci evliyiyidir. Bu yaxınlarda cütlüyün övladı olması xəbəri yayılıb.