Orqanları bir-birinə yapışıb - Aparıcının xəstəxanadan ŞOK FOTOSU
Bir müddətdir dempinq sindromu ilə mübarizə aparan Seren Serengil xəstəxanaya yerləşdirilib.
OLAY yazır ki, mədə kiçiltmə əməliyyatından sonra çətin anlar yaşayan Serengil 43,5 kiloqrama düşüb və orqanları iflas həddinə çatıb.
Bir müddətdir iynə ilə qidalanan məşhur aparıcı pərəstişkarlarından halallıq istəyib.
Xəstəxanadan vida videosu da çəkdirən Serengil riskli əməliyyat keçirdiyini deyib:
"Ümid edirəm ki, hər şey yaxşı gedəcək. Tezliklə əməliyyata alınacağam. İnşallah, sağ-salamat çıxıb, yenidən çıxış yolu tapacağam. Amma nəsə olarsa... Deyirlər, çətin əməliyyat olub, orqanlar bir-birinə yapışıb".