azia.az
azia.az

Fərda Xudaverdiyev Qarabağ qazisinin 20 minini alıb?

16-12-2021, 12:06

Fərda Xudaverdiyev Qarabağ qazisinin 20 minini alıb?
Birinci Qarabağ Müharibəsinin qazisi, ehtiyatda olan baş leytenant Nuriyev Əli Şaban oğlu ev təmir edən şirkət tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.

NOCOMMENT.az xəbər verir ki, Qarabağ qazisi Nərimanov rayonunda, Koroğlu Rəhimov küçəsi 1-də yerləşən mənzilini təmir elətdirmək məqsədi ilə bu ilin iyun ayının 11-də özünü “AZ İNTEKST” MMC-nin direktoru kimi təqdim edən Cabbarov Ruhəddin Rasim oğlu ilə müqavilə bağlayıb. Ancaq nə biləydi ki, onu qarşıda boşalan cib, təmirsiz mənzil, əsəbi günlər gözləyir: “Həmin müqvilədə onun peçatı oldu. Müqaviləyə əsasən 2 ay müddətində ev təmir olunmalı, mən 32 min manat pul ödəməli idim. Qısa müddət ərzində mən mənzilimin təmiri üçün pul ödədim. Ödənilmiş məbləğ bağladığımız müqavilənin arxa səhifəsində onun öz imzası ilə təsdiq olundu”.

Zərəçəkmiş vətəndaşlardan biri də Tural Xəlilzadədir. Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayında eyni adlı şirkətə mənzil təmiri üçün ödəniş edib: “Bizim mənzil Xətai rayon , Nargilə dairəsində yerləşir. Qardaşımındır. 3 otaqlı mənzildir . Müqaviləyə əsasən 44.100 manat məbləğində “Az İntekst” MMC pul ödəməli idik, ilk olaraq məbləğin 50 faizini nəğd ödəmişik. Təxminən iki ay müddətində güya təmir edirlərmiş kimi bir az əl gəzdirilib. İndi dayandığımız mənzildən belə betər vəziyyətə salıblar. Bu müddət ərzində bizi ofisə dəvət etdilər, dedilər ki 10 min manat da əlavə ödəniş edin. Ödənişin bütün qəbzləri qalır. Ümumilikdə 32 min manat pul ödənilib. Bizimlə müqaviləni isə “FƏRDA” Dizayn MMC ilə bağlayıb. 32 min manatı da məhz həmin şirkətə ödəmişik”.

20 zərəçəkmiş vətəndaşdan biri də Eldar İbayevdir: “Bacım qızı yeni mənzil almışdı. Mənə müraciət elədi ki təmirində kömək edim. Bizdə İnstagram sosial şəbəkəsində bu şirkətin olduğunu görüb müraciət etdik. İçəri şəhərdə Qolgüləş Federasiyasının ofisində görüşdük, dedilər buranı kirayəyə götürmüşük. 27 min manat ödədik və cəmi 3 ay müddətinə mənzilimizn təmir olunub bizə təhvil veriləcəyini dedilər.

Şikayətlə bağlı Ruhəddin Cabbarovla əlaqə saxlamağa çalışsaq da, nömrələrinə zəng çatmadı. Daha sonra adı dələduzluqda hallanan hər iki şəxsin vəkilləri ilə əlaqə saxladıq. Ancaq onlar da hazırda həmin şəxslərə hüquqi xidmət göstərmədiklərini dedilər.

“Az İntekst” MMC-nin rəhbəri olmuş Məhəmməd Musazadə isə bu işlərlə heç bir əlaqəsi olmadığını bildirdi: “Az İntekst” MMC-nin bu fəaliyyəti ilə bağlı zərərçəkənlər haqlı olaraq məni axtarıb tapandan sonra məlumatım oldu. Məsələ ondan ibarətdir ki, mən Az İntekst” MMC –ni qurduqdan sonra Ruhəddin Cabbarov direktor vəzifəsində çalışıb. Amm aişlərinin öhdəsindən gəlmədiyindən əməkdaşlığımıza xitam verildi. MMC-nin möhürünü ondan tələb etdikdən sonra mənə möhürülün itirldiyini dedi. Məndə zərəçəkənlər dəymiş zərərin ödənilməsini istəyirəm”.

Aktyor Fərda Xudaverdiyev isə ittihamlara belə cavab verdi: “Mənim şəxs olaraq heç bir tikinti və yaxud təmir şirkətim yoxdur. Təmir şirkəti axtarırıdım. İnstaqdamda təsüdüf nəticəsində tanış olduq. Beləliklə razılaşdıq ki, onlar təmir etsinlər, əvəzində isə siz bizi reklam edin və adınızdan istifadə edək. Bizə dəstək olun dedilər, rəqabət çoxdur. Biz də insan olaraq sadəcə dəstək olduq. O, da bax belə… Axırı dələduzluğa keçdi. Çox təəssüf hissi ilə qeyd edirəm bunu. Çox istəyirəm ki, o adamı tutulandan sonra görüm. Zərəçəkmiş insanlar mənim özümə də müraciət ediblər və hefslənərək bildirmişəm ki, mənim də adım hallanıbdı bu işdə. Onlara da demişəm ki, hüquq mühafizə orqanlarına müraciət etsinlər”

Fərda Xudaverdiyev deyir ki, onun adından istifadə edənlərə qarşı özü də Daxili İşlər Nazirliyinə müraciət edib: “Sənan adlı şəxs özünü “Fərda” Dizayn MMC nin rəhbəri kimi təqdim edib. Bundan sonra mən də DİN-ə müraciət etmişəm. Daxili İşlər Naziri Vilayət Eyvazova təşəkkür edirəm ki, məsələnin ciddi nəzarətə götürülməsi ilə bağlı tapşırıq verib. Qısa zaman ərzində qaun çərçivəsində o insan haqqında lazım olan tədbirlər görüləcək. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Mənim adımdan istifadə edən şəxslərə inanmaq lazım deyil”.

Daxili İşlər Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində məsələ ilə bağlı araşdırma aparılır. Tərəflərin izahatları alınandan və zəruri istintaq hərəkətləri ediləndən sonra məsələyə hüquqi qiymət veriləcək. APA TV


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi