azia.az
azia.az

Elnarə Xəlilova həyat yoldaşı ilə belə tanış olub - VİDEO

19-11-2021, 15:44

Elnarə Xəlilova həyat yoldaşı ilə belə tanış olub - VİDEO
Müğənni Elnarə Xəlilova şəxsi həyatı ilə gündəmə gəlib.

Azia.az xəbər verir ki, "Səhər mərkəzi" proqramına dəvət olunan ifaçı həyat yoldaşı Rövşən Cahangirovla tanışlığından danışıb. Elnarə əri ilə hərbi hissələrdən birində olarkən tanış olduğunu bildirib:

"2004-cü ildən mənim hərbi hissələrə konsert səfərlərim başladı. Ağdam, Füzuli və digər cəbhəyanı rayonlarda musiqili proqramlarım oldu. Biz Rövşənlə Zaqatalada hərbi hissədə qarşılaşdıq və orada tanış olduq. O, veriliş çəkirdi, mən də adəti üzrə konsertə görə orada idim".

Qeyd edək ki, Elnarə Xəlilova telejurnalist Rövşən Cahangirovla ailəlidir. Cütlüyün dörd övladı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi