Fabrikdən qovuldu həyatını dəyişdi - indi ağzını belə açmadan milyonlar qazanır - VİDEO
İşdən çıxarıldıqdan sonra TikTok-a müraciət edən 21 yaşlı Habane Lam danışmadan video çəkməyə başlaması ilə məşhurlaşıb.
Azia.az Milli.Az-a istinadən xəbər verir ki, gənc adam qısa müddətdə izləyicilərinin sayını artıraraq Avropada zirvəyə yüksəlib. Lam büdcəsini TikTok sayəsində qazandığı gəlirlərlə də doldurur. Hazırda 100 milyon abunəçi var. Seneqalda anadan olan və 1 yaşında ailəsi ilə birlikdə İtaliyaya köçən Lam koronavirus səbəbiylə 15 Mart 2020 -ci ildə işlədiyi fabrikdən qovulub.
"Səssiz komediyaçı" olaraq tanınan Lam uşaqlıqdan insanları güldürməyi sevdiyini və işsiz ikən otağında TikTok videoları çəkmək qərarına gəldiyini ifadə edib.