73 yaşlı azərbaycanlı Rusiyanın mahnı yarışmasında - VİDEO
Bakı sakini Tünzalə Qəhrəman Rusiyanın “Kanal 1” telekanalında keçirilən “Səs 60+” yarışmasına qatılıb.
Azia.az Bizim.Media-ya istinadla xəbər verir ki, yarışmanın 4-cü sezonunda iştirak edən 73 yaşlı həmvətənimiz “Autumn Leaves” adlı mahnını ifa edib.
O, Stas Naminin komandasına daxil olub.
Stas Namin deyib ki, onu Tünzalənin şən və həyatsevər olmağı cəlb edib.