azia.az
azia.az

“Ağzınızın əyrisi nə vaxt düzələcək?” – Flora Kərimova sosial şəbəkə istifadəçilərinə əsəbiləşdi

31-08-2021, 13:00

“Ağzınızın əyrisi nə vaxt düzələcək?” – Flora Kərimova sosial şəbəkə istifadəçilərinə əsəbiləşdi
"Təəssüf edirəm ki, bir qrup kütləni heç nə ilə razı salmaq mümkün deyil”.

Azia.az bildirir ki, bunu Xalq artisti Flora Kərimova Olimpiya oyunları iştirakçılarımız haqda sosial şəbəkələrdəki müzakirələrdən danışarkən deyib.

Müğənni Azərbaycan adını andıran hər kəsə vətəndaş olaraq təzim etdiyini vurğulayıb:

"Medal alanlarımızı ayaqüstə alqışlayıram! Həmişə demişəm ki, igir odur, atdan düşə, atlana. Nə olsun ki, bu dəfə qızıl medal qazanmadılar? Əsas odur ki, Azərbaycan bayrağı altında millətimizi təmsil ediblər. Dərk edə bilirsiniz, bu nə deməkdir? Rafael Ağayevin medallarının sayı-hesabı yoxdur. Daha heç bir qələbəsi olmasa belə adını dünya idman tarixinə qızıl hərflərlə yazdırıb”.

Xalq artisti sosial şəbəkələrdə idmançıları tənqid edənlərə də səslənib:

"Sizin ağzınızın əyrisi nə vaxt düzələcək? Nə zaman siz özünüz şəxsiyyət olub, adınız böyük hərflərlə yazılacaq? Söz demək xatirinə "söz” deməkdirsə, düşündüyünüzü sosial şəbəkələrdə yazmadan öncə, papağınızı qoyun qabağınıza düşünün. Siz bu Vətən bayrağını qaldırmağa layiq şəxsiyyət olacaqsınızsa, bax o zaman millətin sərvəti sayılan şəxslərə söz deməyə mənəvi haqqınız çatacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi