azia.az
azia.az

Məşhurlar harada və necə dincəlir? - QİYMƏTLƏR-FOTO

24-08-2021, 11:21

Məşhurlar harada və necə dincəlir? - QİYMƏTLƏR-FOTO
Hazırda sənət aləminin bir çox məşhur siması istirahət üçün xarici ölkələrə üz tutub. Onlar arasında Xalq artistiləri, Əməkdar artistlər və digər şou biznes nümayəndələri yer alıb.




Azia.az xəbər verir ki, "Mtv” kanalı sənətçilərin istirahət qiymətlərini araşdırıb.




Araşdırmaya əasaən, siyahının ilk pilləsində rəqqasə Fatimə Fətəliyeva yer alıb. Ailəsi ilə Antalyaya yollanan Fatimə qaldığı otelin bir günü üçün 1768 manat ödəyir.



Məşhurlar harada və necə dincəlir? - QİYMƏTLƏR-FOTO



İkinci pillədə Əməkdar artist Vasif Məhərrəmli qərarlaşıb. İfaçı istirahət üçün Bodrumun bahalı məkanlarından birini seçib. Qaldığı otelin bir günü Məhərrəmliyə 1548 AZN-ə başa gəlir.



Məşhurlar harada və necə dincəlir? - QİYMƏTLƏR-FOTO

Xalq artsiti Aygün Kazımova siyahıda üçüncü yeri alıb. Pop divanın Bodrumda qaldığı otelin bir günlük qiyməti 1510 AZN təşkil edir.



Məşhurlar harada və necə dincəlir? - QİYMƏTLƏR-FOTO

Xalq artisti Faiq Ağayev də istirahət üçün Türkiyəni seçib. İstanbulda qalan sənətçi otelin bir gecəsi üçün 1132 AZN ödəyir. Bununla da Faiq Ağayev həmkarları arasında dördüncü yerə sahib olub.



Məşhurlar harada və necə dincəlir? - QİYMƏTLƏR-FOTO


Qeyd edək ki, müğənni Sevda Yəhyayeva da istirahətinə xeyli pul xərcləyən məşhurlar sırasındadır. O həyat yoldaşı ilə birlikdə Rusiyanın müxtəlif şəhərlərinə səyahət edir.



Məşhurlar harada və necə dincəlir? - QİYMƏTLƏR-FOTO


Sənətçi Gülay Zeynallı isə Azərbaycanın şimal bölgəsinə üz tutub. İfaçı hazırda ailə ilə birlikdə Şəkidə dincəlir.

Məşhurlar harada və necə dincəlir? - QİYMƏTLƏR-FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi