Ailəsi ilə fotosunu paylaşan İradə: “Xoşbəxt öləcəm"
Tez-tez sosial şəbəkədəki paylaşımları ilə gündəmə gələn müğənni İradə İbrahimova bu dəfə də ənənəsinə sadiq qalıb.
Azia.az xəbər verir ki, sənətçi şəxsi “Instagram” hesabında ailəsinin fotosunu paylaşıb. Şəkildə İbrahimova ilə yanaşı həyat yoldaşı Ceyhun İzər, övladları İpək və Əli yer alıb.
Müğənni fotoya şərh yazaraq ailə həyatında çox xoşbəxt olduğunu bildirib:
“Onlar həyatımın ən sakit və hüzur verən insanlarıdır. Bu şəkilə baxdıqca ürəyimin ən dərin yerində "Bir gün ölsəm, xoşbəxtlikdən öləcəm, xoşbəxt öləcəm" dedim. Mən səndən çox razıyam, Allah da səndən razı olsun!”