azia.az
azia.az

Müğənni məmurlara hücum etdi, atəş açdı: yanğına köməyə gəlmişdi - FOTO

3-08-2021, 19:15

Müğənni məmurlara hücum etdi, atəş açdı: yanğına köməyə gəlmişdi - FOTO

Türkiyəli məşhur müğənni Yusuf Güney Antalya şəhərinin Manavqat bölgəsində yanğınsöndürənlərlə dalaşıb.

Azia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yanğın söndürmə tədbirlərinə dəstək verən müğənninin istədiyi yerə müdaxilə etmədiklərinə görə meşə təsərrüfatı məmurları mübahisə etdiyi iddia edilib.

Qeyd edilib ki, Çardak məhəlləsində mübahisə zamanı əsəbləşən müğənni onların üzərinə yeriyib və tapançası ilə havaya bir neçə dəfə atəş açıb.

Müğənni DHA-ya açıqlamasında bunları deyib:

“Yanğının məhəlləyə çatacağı bəlli idi. Bütün vətəndaşlara tək-tək xəbərdarlıq etdik, amma bizə qulaq asmadılar. Onları da başa düşürəm. Hər birinin evi, əşyası qiymətlidir. Bir qismi təxliyyə edilsə də, böyük hissəsi qalmışdı. Sırtköy məhəlləsi artıq tamamilə yanıb. İnsanlar bizə qulaq asmır, ümid edirəm vəfat edən olmayıb”.

Hadisədən sonra Y.Güney saxlanılaraq polis bölməsinə aparılıb.

Müğənni məmurlara hücum etdi, atəş açdı: yanğına köməyə gəlmişdi - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi