Daha gözəl görünmək istəyən qadın burnunu və dodağını itirmə təhlükəsi ilə üzləşdi - FOTO
Görünüşünü yaxşılaşdırmaq üçün kosmetoloqa müraciət edən qadın bu qərarının acı nəticələrini bölüşüb.
Azia.az oxu.az-a istinadən bildirir ki, Liverpul sakini Liya Morton xüsusi bir dolğu vasitəsi ilə burun şəklini dəyişdirmə proseduru həyata keçirib. Ancaq sonra burnunda ağrı hiss edib və narahatlıq səbəbindən bütün gecəni yata bilməyib.
Səhəri qadın gözəllik salonuna yenidən müraciət etdikdə orada bunun normal reaksiya olduğuna əmin ediblər.
Ertəsi səhər isə Morton burnunda ağ suluq əmələ gəldiyini görüb və xəstəxanaya müraciət edib. Orada bunun toxuma nekrozunun başlanğıcı olduğu ortaya çıxıb.
Həkimlərin fikrincə, vurulan dolğu burunun içindəki qan damarının yolunu bağlayıb və bu da damarların tıxanmasına səbəb olub. Mütəxəssislər dolğu maddəsini əridiblər və hiperbarik oksigenləşmənin keçməsini təyin ediblər.