Afət Fərmanqızı barədə İLGİNC FAKT ortaya çıxdı - 5 il saxta adla GÖRÜN NƏ İŞ GÖRÜB
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni Afət Fərmanqızı olub.
Sənətçi illər öncə saxta adla iş qurub fəaliyyət göstərdiyini etiraf edib:
"İllər öncə obyektiv və subyektiv səbəblərdən sənətdən getdim. Anam rəhmətə getdikdən sonra oğluma baxan olmadı. Övladımın yaxşı təhsil almasını istəyirdim. Bir miqdar pulum vardı. Bacıma toy etdik, oradan qalan məbləği də topladığımın üstünə qoydum.
Daşınmaz əmlak işi ilə məşğul olmağa başladım. Ucuz satılan evi alıb, bir müddət sonra üzərinə bir miqdar əlavə edib satırdım. Özümə təzə nömrə aldım, adımı da Vəfa kimi təqdim edirdim. Çoxu deyirdi ki, səsiniz tanış gəlir.
Ən son notariat kontoruna gedəndə mən üzə çıxırdım. Əsl kimliyim orada məlum olurdu. Tanıyan da olurdu, tanımayan da".