azia.az
azia.az

Təranə Səmədova: Səhərə kimi Kərimin kişi sevgilisinin yanından evə qayıtmasını gözləyirdim – VİDEOMÜSAHİBƏ

21-11-2019, 12:07


Ötən həftəsonu populyar müğənni Kərim Abbasovun qalmaqallı açıqlamaları ilə yadda qaldı. O, əvvəlcə teleaparıcı və jurnalist Elçin Əlibeyli haqda şok iddialar səsləndirdi. Tərəflər arasında gərginlik pik həddə çatdı.
Təranə Səmədova: Səhərə kimi Kərimin kişi sevgilisinin yanından evə qayıtmasını gözləyirdim – VİDEOMÜSAHİBƏ
Müğənninin iddiasına görə, aparıcı Elçin Əlibəyli onunla cinsi əlaqədə olmaq istəyib. İddiaya görə, Əlibəyli onunla cinsi əlaqəyə girmək üçün illər öncə Kərimlə müqavilə imzalayıb. Kərim isə müqaviləni cırdığına görə Elçin və müğənninin keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədova əlbir olaraq ona qarşı oyun oynayıblar.

Bununla da ürəyi sakitləşməyən Kərim keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədova haqqında şəxsi “Instagram” hesabında inanılmaz açıqlama verib. Abbasov qarşı tərəfin şərəf və ləyaqətini alçaldacaq sözlərlə Səmədovanı hədələyib.

Abbasovun Səmədova haqqında yazdığı açıqlamalardan sonra Təranə şəxsi “Instagram” səhifəsində keçmiş həyat yoldaşı Kərimin keçmiş şəxsi həyatı ilə bağlı dəhşətli iddialar yazıb.

Xoşagəlməz hadisələr burulğanına düşən prodüser Təranə Səmədova Oxu.Az-ın kamerası önünə keçərək, keçmiş həyat yoldaşı Kərim Abbasov haqqında şok iddialar və açıqlamalar səsləndirib.

Səmədova Abbasovun uzun illər məşhur modelyer oğlanla sevgili olduğunu və onların dəfələrlə görüşdükləri haqqında inanılmaz iddialar səsləndirib. Məşhur prodüser Təranə Səmədova Kərim Abbasovun gizlinlərini bir-bir üzə çıxarıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi