azia.az
azia.az

Prezident İmamzadə Ziyarətgahının açılışını etdi

17-02-2016, 12:04

Prezident İmamzadə Ziyarətgahının açılışını etdi Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri başlayıb.
Dövlət başçısı bu gün İmamzadə Ziyarətgah Kompleksinin təmirdən sonra baş tutan açılış mərasimində iştirak edib.
İ.Əliyev şəhər ictimaiyyəti qarşısında çıxış edib.
Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki İmamzadə kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayırmışdı.
Prezidentin regiona səfəri ötən gün başlayıb. İ.Əliyev ilk olaraq Tovuz rayonunda olub. O, bir sıra obyektlərin, o cümlədən Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun, 7 saylı körpələr evi-uşaq bağçasının, Tovuzçay su anbarının açılışlarında iştirak edib, rayon ictimaiyyəti qarşısında çıxış edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi