azia.az
azia.az

Gəncədə avtomobil yolunun tikintisinə 12 milyon manat ayrıldı

9-02-2016, 18:00

Gəncədə avtomobil yolunun tikintisinə 12 milyon manat ayrıldı Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinin Zazalı - “İmamzadə” kompleksi - Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Zazalı - “İmamzadə” kompleksi - Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılsın.
Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi