Prezident İlham Əliyev Böyük Britaniyaya səfər edib
Prezident İlham Əliyev Böyük Britaniyaya səfər edib.
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibi Pan Gi Munun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun, Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin, Norveç Krallığının Baş naziri Erna Solberqin və Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak etmək üçün fevralın 3-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfərə gəlib.