Bakının 9 mikrorayonunda köhnə binalar yeniləri ilə əvəz olunacaq
Bunun üçün konsepsiya hazırlanıb
“Bakının doqquz mikrorayonundakı 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlanıb”.
Bunu sahibkarlarla görüşündə fövqəladə hallar naziriKəmaləddin Heydərov deyib.
K. Heydərov bildirib ki, konsepsiyaya əsasən bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur: “Yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə, gəlir də götürə biləcəklər. Fövqəladə Hallar Nazirliyidə bu sahədə tikinti şirkətlərinə dəstək verəcək”.