azia.az
azia.az

“Tikinti şirkətləri heç bir maneə ilə üzləşməyəcək” - Kəmaləddin Heydərov

16-02-2016, 11:59

“Tikinti şirkətləri heç bir maneə ilə üzləşməyəcək” - Kəmaləddin Heydərov Tikinti şirkətlərinin iştirakı ilə Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura yaradılacaq

“Gələcəkdə tikinti şirkətlərinin də iştirakı ilə Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura yaradılacaq. İş adamlarının problemləri İctimai Şurada müzakirə olunacaq, aradan qaldırılması üçün tədbirlər görüləcək”.
Bunu bu gün tikinti sahəsində fəaliyyət göstərən tikinti şirkətlərinin rəhbərləri ilə görüşdə fövqəladə hallar naziriKəmaləddin Heydərov deyib.
K. Heydərov bildirib ki, yeni Tikinti və Şəhərsalma Məcəlləsi aparılan hüquqi islahatların tərkib hissəsi kimi hazırlanıb: “Tikinti çox mühüm sahədir, burada çoxlu sayda insan çalışır. Bu gün tikinti sahəsində istifadə olunan materialların əksər hissəsi Azərbaycanda istehsal olunur. Yerli istehsalçılar bilməlidirlər ki, yerli istehsalı qorumaq üçün tədbirlər görüləcək. Bundan sonra da tikinti şirkətləri bu sahədə heç bir maneə ilə üzləşməyəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi