azia.az
azia.az

Pələng ili hansı bürclərə şans gətirəcək? - Sevgi, pul, sağlamlıq...

27-11-2021, 19:00


2022-ci ildə bəzi bürclər unudulmaz hadisələr yaşayacaqlar. İlin sahibi pələngin olduqca aqressiv olduğunu və hərəkətsizliyi sevmədiyini xatırlamaqda fayda var. Bu səbəbdən 2022-ci ildə nəticə əldə etmək üçün çox çalışmalısınız.
Pələng ili hansı bürclərə şans gətirəcək? - Sevgi, pul, sağlamlıq...
Üzümüzə gələn ildə bürcləri sevgi, pul, sağlamlıq baxımından nələrin gözlədiyini öyrənək:

Balıq bürcü - 2022-ci ildə subay Balıqlar ciddi və uzunmüddətli münasibət yaşaya biləcəyi şəxslə tanışacaqlar. Sevgilisi olanların münasibətləri isə, romantik şəkildə davam edəcək. Lakin evli şəxslər son qərarların qəbulu məsələsində həyat yoldaşları ilə fikir ayrılıqları yaşayacaqlar. Buna baxmayaraq, bütün münaqişələr barışıqla yekunlaşacaq. İl boyu, xüsusən xroniki xəstəlikləriniz varsa, sağlamlığınıza nəzarət etmək tövsiyə olunur. Meditasiya və istirahət etmək sakitliyi bərpa etməyə kömək edə bilər. Maddi vəziyyəti yaxşılaşdırmaq üçün isə böyük şanslar var. Ancaq bütün fors-majorları nəzərə alaraq, strategiyanı əvvəlcədən düşünmək məqsədəuyğundur. İl boyu gözlənilməz hadisələr üçün pula qənaət etmək tövsiyə olunur.

Dolça bürcü - Yeni münasibətlər istəyir, ona görə də sevginin həyatına daxil olması mümkündür. Astroloqlar əsl sevgini itirməmək üçün tərəfdaşları tez-tez dəyişməyi tövsiyə etmirlər. Ailələri dözümsüzlük və fikir ayrılığı gözləyir. Bu, boşanma ilə nəticələnə bilər. Buna görə də, evliliyi qorumaq üçün qarşı tərəfə sadiq olmağa və ona qərar vermək imkanı verməyə dəyər. Sağlamlıq məsələsində, qidalanmanıza diqqət etməlisiniz. 2022-ci il pul sahəsində çətinliklər yaşaya bilərsiniz. Enişli-çıxışlı il olacaq. Macəra həvəskarlarını isə şanslı il gözləyir, bu baxımdan lotereya bileti almaq məsləhətdir.

Oğlaq bürcü - Romantika bütün sürəti ilə davam edəcək, çoxlu dəyişikliklər gözlənilir. Keçmiş münasibətlər asanlıqla dağılacaq. Yeni tanışlıqlar isə sizə bəlkə də, uzunmüddətli əlaqələrə başlamaq şansı verəcək. Ailə üzvləri ailəni bir yerdə saxlamaq üçün emosiyalarını cilovlamağa çalışacaqlar. İdman oğlaqların 2022-ci ildə sağlam qalmasına kömək edəcək. Hətta müntəzəm olaraq təmiz havada gəzə, yoqa edə bilərsiniz. Soyuq mövsümdə tənəffüs sisteminə xüsusi diqqət yetirməli, vitaminlər içməlisiniz. Maliyyə vəziyyətiniz yaxşı olacaq, müəyyən uğurlar əldə edə biləcəksiniz. İş yerində həmkarlarla karyera inkişafına mane olacaq bir çox münaqişələr gözlənilir.

Tərəzi bürcü – Tənhalar ruh əkizi ilə tanış olacaq, cəsarətli və gözlənilməz hərəkətlərlə uzunmüddətli əlaqələri gücləndirə biləcək. Partnyoru olanlar isə münasibətlərdə münaqişələr və mübahisələr yaşayacaq. Uzun müddət birlikdə yaşayan tərəfdaşlar arasında ehtiras alovlanacaq. İl boyu sağlamlığınızı qorumalısınız. Xüsusilə xroniki xəstəlikləriniz varsa, profilaktikaya qənaət etməyə ehtiyac yoxdur. Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün özünüzü lazımsız narahatlıqlardan qorumaq, istənilən vəziyyətdə sakit qalmaq tövsiyə olunur. Maliyyə vəziyyəti nisbətən sabit olacaq. Pələng ilində maddi durumunuzu yaxşılaşdırmaq üçün çoxlu imkanlar yaranacaq. Xərcləyərkən ehtiyatlı olmalı və bahalı alış-verişlər etməməlisiniz.

Qız bürcü - Subaylar həyat yoldaşı tapmaq imkanı əldə edəcəklər. Ancaq bunun üçün cəhd etməli, bir az səy göstərməlisiniz. Səhhətlərindən şikayət etməyəcəklər. Ancaq aktiv hərəkətlərlə yanaşı, istirahət etməyi unutmaq olmaz, əks halda emosional tükənmə yaşana bilər. Bütövlükdə, maliyyə vəziyyəti sabit olacaq. 2022-ci ildə riskli olanlar da daxil olmaqla, bir çox fərqli təkliflər gözlənilir. Sabitliyi qorumaq üçün onlarla daha diqqətli olmalısınız.

Əkizlər bürcü - Romantik münasibətlər qarışıqdır. Belə bir vəziyyətdə bir hiylə kömək edəcək: digər tərəfə özbaşına qərar vermək imkanı verməlisiniz. Tənha olanlar isə, çox tez aşiq olacaq və hisslərini cilovlaya bilməyəcəklər. Əsas odur ki, həddindən artıq həssaslığınızla partnyorunuzu qorxutmayın. Ümumiyyətlə, sağlamlıqla bağlı heç bir xüsusi problem olmayacaq, lakin xroniki xəstəliklərin qarşısını almağa dəyər. Əkizlərin maliyyə vəziyyətini əsl inqilab gözləyir.

Qoç bürcü - Pələng ili yeni münasibətlər yaratmaq və ailə qurmaq istiqamətində qətiyyətli hərəkətlər etmək üçün mükəmməldir. Subaylar uzun müddət birlikdə qalmaq istədikləri şəxslə tanışacaqlar. 2022-ci ildə sağlamlıq məsələsində diqqətli olmalısınız. Çünki fəaliyyətiniz sonda psixoloji vəziyyətinizi tükədə bilər. İnkişaf etmiş intuisiya sizə maliyyə sahəsində misilsiz uğur qazanmağa kömək edəcək. Çoxlu sayda təkliflər arasından etibarlı olanları seçməlisiniz.

Buğa bürcü – Evlilərin bir müddət həyat yoldaşları ilə fikir ayrılığı və mübahisələr yaşayacağı gözlənilir. Bunu həll etmək və kompromis əldə etmək üçün əla fürsət yaranacaq. Subaylar isə sevgili tapmaq üçün həvəsli olacaqlar. Pələng ilində depressiya sizin üçün xarakterikdir. Bədənin istirahət etməsi, fəaliyyətləri vaxtaşırı dəyişmək çox vacibdir. Maddi baxımdan yaxşı il olacaq, lakin qənaət etməyə başlamalısınız. Hər hansı bir əməkdaşlıq faydalı ola bilər. Ortaq layihə üzərində çalışa, təcrübə mübadiləsi edə və vəzifələri bölüşdürə bilərsiniz.

Oxatan bürcü - Subaylar mütləq özlərinə həyat yoldaşı tapacaq. Eyni zamanda tez və qəfil tərk edə bilərlər. Bunun baş verməməsi üçün seçilmiş tərəfdaşa daha yaxından nəzər salmalısınız. Evlilər üçün isə ailə həyatı önəmlidirsə, ehtirasını partnyoruna çevirəcək. Yeni ildə xəstəliklərin qarşısının alınması, immunitet sistemini gücləndirmək barədə düşünmək mütləqdir. Pul məsələsinə gəldikdə, Pələng ilində problemlər gözlənilməzdir - xüsusən də tez-tez xərcləri yenidən hesablayan və planlaşdıranlar üçün. Böyük alış-verişlər etməməlisiniz, hətta planlaşdırılmamış xərcləri də diqqətlə nəzərdən keçirmək lazımdır.

Əqrəb bürcü - Pələng ilində yeni, maraqlı tanışlıqlar gözlənilir. Subaylar dost və ya həyat yoldaşı ilə tanışlıq məsələsində şanslı ola bilər, lakin bunlar ehtiraslı və qısa romantikalar olacaq. Evlilər isə çətin dövrlərdən keçməli olacaqlar: mübahisələr və münaqişələr həyatlarını zəhərləyəcək. Stressli həyat xoşbəxtliyinizə təsir edəcək. Daimi istirahətə ehtiyacınız olacaq, yoqa edə və ya təmiz havada daha çox gəzə bilərsiniz. Ürək-damar xəstəlikləri pisləşə bilər. Maddi sferada çoxlu pul gözlənilir. Xüsusilə, aktiv əqrəblər karyera nərdivanında irəliləyəcəklər.

Xərçəng bürcü - İlin əvvəlində münasibətləri onları kədərləndirəcək. Subaylar üçün isə ulduzlar daha xoş sürprizlər hazırlayır: çox güman ki, səmimiyyəti ilə fəth edəcək biri ilə qarşılaşacaqlar. 2022-ci ildə çox yorğun və stresli olacaqlar. Əsəb gərginliyini passiv istirahət, meditasiya ilə aradan qaldırmaq daha yaxşıdır. Maliyyə baxımından müvəffəqiyyət sizi gözləyir. Davamlı təhsil kursları sizə uğur qazanmağa kömək edəcək.

Şir bürcü -Tanışlıq dairənizi genişləndirmək uzunmüddətli münasibətlərlə nəticələnə bilər. Evlillər ailələrini qorumaq üçün çox çalışmalı olacaqlar. 2022-ci ildə müxtəlif xəstəliklərin qarşısının alınması sizin üçün mühüm vəzifədir. Fiziki və ruhi sağlamlığı qorumaq üçün qidalanma və müntəzəm istirahət tövsiyə olunur. Pələng ilində bütün əmanətlərinizi itirmək riski yüksəkdir. Buna görə də xərcləri diqqətlə planlaşdırmaq və şübhəli əməliyyatlara qarışmamaq vacibdir.

Türkan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi