azia.az
azia.az

Sabahın hava proqnozu açıqlandı

6-10-2020, 16:34

Sabahın hava proqnozu açıqlandı

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azia.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində havanın qısa müddətə tutulacağı, çiskinli olacağı ehtimal edilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimal olunur. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 18-22, dağlarda gecə 2-6, gündüz 8-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə oktyabrın 7-8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi