azia.az
azia.az

Xəlifə niyə Bakıya gəlir?

Bu gün, 09:37

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər üzrə dövlət naziri Xəlifə bin Şahin əl-Mərar Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Azərbaycana gələcək.

Xəbər verilir ki, bu barədə BƏƏ-nin Bakıdakı səfirliyindən bildirilib.

"Bakıdakı AQEM-də BƏƏ nümayəndə heyətini dövlət naziri Xəlifə Şahin təmsil edəcək", - diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, AQEM-in VII sammiti oktyabrın 15-də Bakıda təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək./unikal


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi