“Uşaqlara travma yaşadırsınız!” – Nura Suridən qalmaqallı açıqlama
Müğənni Nura Suri uşaqların böyüklər tərəfindən manipulyasiya vasitəsinə çevrilməsinə etiraz edib. Musavat.com-un xəbərinə əsasən, sənətçi bildirib ki, hicablı qız uşaqlarını danışdıraraq, ağladaraq videoya çəkmək və təxribat xarakterli suallarla onları emosional sarsıntıya məruz qoymaq yolverilməzdir.
Nura Suri vurğulayıb ki, uşaqların hisslərindən istifadə etmək, böyüklərin öz fikirlərini onların dili ilə ifadə etdirmək düzgün deyil.
O qeyd edib ki, valideynlərin övladlarını necə tərbiyə etməsinə qarışmaq kənar şəxslərin işi deyil. Lakin uşaqlardan istifadə edilərək onlara psixoloji travma yaşadılması artıq şəxsi məsələ çərçivəsindən çıxır.
Müğənninin fikrincə, bu cür davranışlar insanların sərt reaksiyasına səbəb olur və cəmiyyət uşaqları qorumaq üçün müdaxilə etməyə məcbur qalır.
Nura Suri valideynləri uşaqları şəxsi mübahisələrin və manipulyasiyanın vasitəsinə çevirməməyə çağırıb.