azia.az
azia.az

AYILARI RƏSMİ ŞƏKİLDƏ güllələyəcəklər

Bu gün, 08:09

Rumıniya Prezidenti Nikusor Dan ölkədə ayı populyasiyasının azaldılmasını nəzərdə tutan Qanunu imzalayıb. 

Xəbər verilir ki, sənəd 2026-cı ilin sonuna qədər 859 qonur ayının vurulmasına icazə verir.

Bununla yanaşı, əhali üçün təhlükə artarsa, “müdaxilə tədbiri” kimi daha 110 ayı zərərsizləşdirilə bilər.

Sözügedən yeni qanun sentyabrın 16-da Deputatlar Palatası tərəfindən qəbul edilib. 

Qeyd edək ki, Rumıniya Avropada qonur ayıların ən çox məskunlaşdığı ölkədir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi