azia.az
azia.az

Pul yığmaq vərdişini özündə yaratmağın yolları

Bu gün, 10:33


Bəzi insanlar heç bir şəkildə pul yığa bilmir. Bu, bəzən onların pulunun olmaması və ya az olması ilə bağlı olmur. Onlarda pul yığmaq bacarığının olmadığına inanan insanlar pul yığmaq əvəzinə almaq istədikləri əşyaları kredit kartları və ya qısamüddətli borc götürməklə həll etməyə çalışırlar.

Əslində isə, pul yığa bilmək bacarığını formalaşdırdıqdan sonra hər kəs pul yığa bilir. Yəni, bu bacarığı hamı özündə formalaşdıra bilər. Sadəcə olaraq bu, insanların xarakter və vərdişlərinin xüsusiyyətlərindən asılı olaraq fərqli zaman kəsiklərində reallaşa bilər. Diqqət etmisinizsə, insanların ən çox çətinlik çəkdiyi vərdişlərdən biri də pul yığmaqla bağlıdır. Ümumiyyətlə, emosional bağlılığı olan vərdişləri yaratmaq və ya onları tərgitmə hər zaman çətinlik yaradan mövzular olur. 

Nəzərə  alsaq ki, insanlar və onların xarakterləri, iradələri fərqlidir ona görə də bütün metodlar hər kəsdə effektiv olmaya bilər. Bu çox normaldır. Bu cür hallarda fərqli yollar yoxlayıb insanın özünə uyğun olanını seçmək lazımdır.

İndi isə gəlin bu vərdişi özümüzdə necə formalaşdıra biləcəyimizin yollarına baxaq.

Bu metodların heç biri digərindən daha üstün deyil, ardıcıllıq ən effektiv olan metoddan başlamır. Bütün metodlar əslində eynihüquqludur, sadəcə fərqli xarakterli insanlarda fərqli effektlər göstərir.

Pul yığmaq vərdişini özündə formalşdırmaq üçün 

1.    Qarşınıza ən sevdiyiniz bir əşyanı və yaxud nəyisə almaq üçün məqsəd qoyun və ona addım addım atmaq üçün pul ayırın.
2.    Əgər kənara pul qoya bilmirsinizsə və ya pulu qoyub bir müddət sonra götürüb istifadə edirsinizsə, birtərəfli bank kartlarından istifadə edin.
3.    Pulunuzu saxlamaq üçün etibarlı birinə əmanət edin.
4.    Əgər iradəniz güclüdür lakin yığmaq üçün pulunuz qalmırsa, o zaman gəlirinizdən heç olmasa cüzi miqdar kənara qoyub sonra geri qalanını xərcləyin.
5.    Yığım üçün pulu X bir xərc kimi göstərib kənara qoyun.

Əlbəttə, bunlar  pul yığmaq vərdişini formalşdırmaq üçün mümkün olan bütün metodlar deyil. Hər kəsin özünə uyğun fərdi metodunu tapmaq olur. Əgər siz də pul yığmaq vərdişini formalaşdırmaq istəyirsinizsə, o zaman konsultasiya üçün müraciət edə bilərsiniz.

Ruzanna Bəşirova,

   Xərclər üzrə konsultant



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi