azia.az
azia.az

"Sabah" qələbə qazandı, Azərbaycan Avropada irəlilədi - UEFA reytinqi

Bu gün, 09:40


Ötən gün Çempionlar Liqasının Liqa mərhələsində keçirilən oyunlarda qeydə alınan nəticələrə əsasən ölkələrin UEFA reytinqi yenilənib.

Fanat.Az-ın məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra və mövqeyini yaxşılaşdıra bilib.

Buna "Sabah"ın 2-ci turun oyununda Çexiya "Slaviya"sını (Slavia Praha, Slavia Prague) Bakıda üstələməsi (2:0) şərait yaradıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ölkəmizin reytinq hesabını 0,500 əmsal zənginləşdirib.

Nəticədə cari mövsümdə qazanılan əmsal 5.625-ə yüksəlib. Bunun 3.500 əmsalı "Sabah"ın, 1.250-i "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür.

Hazırda ölkəmizin ümumi xal ehtiyatı 24.187-yə bərabərdir.
Dünənki qələbədən sonra Azərbaycanın qitə sıralamasında mövqeyi də dəyişib. Ölkəmiz İsraili geridə qoyaraq 25-ci yerdən 24-ə yüksəlib.
Ən yaxın izləyicimiz İsrailin 24.125 əmsalı var. Bir pillə öndə - 23-cü yerdə qərarlaşan Ukraynanın ümumi qazancı isə 24,337-yə bərabərdir.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (104.019) başçılıq edir.

Mirağa



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi