azia.az
azia.az

Son hadisələr qardaşlıq bağlarımızı zəiflədə bilməz - MHP

Bu gün, 09:56

Azərbaycanda vahid məktəbli formasının tətbiqi ilə bağlı müzakirələrin Türkiyədə bəzi şəxslər tərəfindən hicab qadağası kimi təqdim edildiyi bir vaxtda Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, deputat İsmail Özdemir Azərbaycana dəstəyini ifadə edib. O, son hadisələrin iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərini zəiflədə bilməyəcəyini vurğulayıb.

Modern.az xəbər verir ki, Özdemir bununla bağlı “X” hesabında paylaşım edib.

MHP rəsmisi Azərbaycanın 44 günlük Vətən müharibəsində Qarabağı işğaldan azad etməsinə toxunub. O, işğaldan azad edilmiş ərazilərdə yenidən azan səslənməsini xatırladaraq Prezident İlham Əliyevi cəsarətli və qüdrətli lider adlandırıb.

“Son vaxtlar Azərbaycanda yaşanan hadisələrin Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi ilə təsdiqlənən dostluq və qardaşlıqdan da üstün bağlarımızı zəiflətməsi mümkün deyil”, – deyə Özdemir bildirib.

Deputat Azərbaycanın suveren dövlət kimi Türk Dövlətləri Təşkilatı çərçivəsində müəyyənləşdirdiyi istiqamətdə irəliləyəcəyinə və XXI əsrin ən nüfuzlu ölkələrindən biri kimi tanınacağına inamını ifadə edib.

Özdemir paylaşımını “Aypara ilə ulduz ayrılmaz, Xəzərlə Aralıq dənizinin bağı sarsılmaz” sözləri ilə tamamlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi